Britaniya Bakıya yeni hərbi attaşe göndərdi
Bildirilib ki, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Ceyms Şarp ölkəsinin yeni hərbi attaşesi polkovnik-leytenant Entoni Bramveli sentyabrın 17-də Müdafiə naziri general-polkovnik Zakir Həsənov təqdim edib.
Hərbi attaşeni Azərbaycanda hərbi-diplomatik missiyasına başlaması münasibətilə təbrik edən nazir ona ölkələrimizin orduları arasında əlaqələrin genişləndirilməsi istiqamətində gələcək fəaliyyətində uğurlar arzulayıb.
Azvision.az