Alimlər pulemyotlar üçün yeni stend yaradıblar

Alimlər pulemyotlar üçün yeni stend yaradıblar
  17 Sentyabr 2019    Oxunub:1927
AMEA Rəyasət Heyəti aparatının Strateji Elmi Tədqiqatlar Mərkəzinin güc strukturları üçün icra etdiyi layihə çərçivəsində birinci mərhələ həyata keçirilib.
AMEA-dan Azvision.az -a verilən məlumata görə, birinci mərhələnin tərkib hissəsini "Müxtəlif növ iri çaplı pulemyotların geri təpmə qüvvəsini ölçən stendin yaradılması" təşkil edib.

Yerli mütəxəssislər tərəfindən yaradılan stendi yoxlamaq məqsədilə AR Müdafiə Nazirliyinin Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin əməkdaşlarının iştirakı ilə sınaq atışları həyata keçirilib. Proses müsbət nəticələr verib və stend öz işçi parametrlərini sınaq müddətində tam qoruyub.

Hazırda növbəti mərhələyə hazırlıq işləri aparılır və yaxın gələcəkdə yeni sınaq atışlarının keçirilməsi nəzərdə tutulur.

Azvision.az


Teqlər: AMEA   Stend   Pulemyot  





Xəbər lenti