Zərgərpalan küçəsində hərəkət məhdudlaşdırılır

Zərgərpalan küçəsində hərəkət məhdudlaşdırılır
  17 Sentyabr 2019    Oxunub:1801
Aparılan təmir işləri ilə əlaqədar olaraq, bu gündən etibarən qısa müddətlik Yasamal rayonu Zərgərpalan küçəsində hərəkət hissə-hissə qismən məhdudlaşdırılacaq.
Avtomobil Yolları Dövlət Agentliyindən Azvision.az -a verilən məlumata görə, bu səbəbdən sürücülərdən sözügedən ərazidə sıxlıq yaşanmasın deyə öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur.

Yarana biləcək müvəqqəti narahatlığa görə, AAYDA vətəndaşlardan üzr istəyir.

Azvision.az



Teqlər: AAYDA   Yol  





Xəbər lenti