“Balakəndə naməlum xəstəlik yayılıb” iddiasına cavab

 “Balakəndə naməlum xəstəlik yayılıb”  iddiasına cavab
  17 Sentyabr 2019    Oxunub:7622
Sosial şəbəkələrdə Balakən rayonunun Yeni Şərif və Qaysa kəndlərində naməlum xəstəliyin aşkarlanması, həmin kəndlərdə karantin elan edilməsi barədə yayılan məlumatlar həqiqətə uyğun deyil.
Azvision.az xəbər verir ki, Balakən Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Dilbər Quliyevanın verdiyi məlumata görə, adı çəkilən kəndlərin tibb məntəqələrinə hər hansı bir xəstəliklə bağlı müraciət edən olmayıb.

Həmin kəndlərə yaxın ərazidə yerləşən Qabaqçöl qəsəbə xəstəxanasına da adı çəkilən kənd sakinlərindən hər hansı bir müraciət qeydə alınmayıb.



Azvision.az



Teqlər: Səhiyyə   Balakən   Xəstəlik  





Xəbər lenti