Masallıda “KamAZ”la “VAZ” toqquşub

Masallıda “KamAZ”la “VAZ” toqquşub
  17 Sentyabr 2019    Oxunub:1581
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Masallı rayonunda “VAZ” markalı minik avtomobili və "KamAZ" markalı yük avtomobili toqquşub.
Azvision.az FHN-in saytına istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri minik avtomobilinin sürücüsünü deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Azvision.az


Teqlər: Qəza   FHN   Masallı  





Xəbər lenti