Mingəçevirdə körpələr evindən oğurluq edilib

Mingəçevirdə körpələr evindən oğurluq edilib
  17 Sentyabr 2019    Oxunub:1385
Mingəçevirdə körpələr evindən oğurluq edən Şuşa sakini saxlanılıb.
Daxili İşlər Nazirliyindən Azvision.az -a verilən məlumata görə, Mingəçevir Şəhər Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 15-nə keçən gecə şəhər ərazisindəki körpələr evi-uşaq bağçalarının birindən məişət əşyaları oğurlamaqda şübhəli bilinən Şuşa rayon sakini İ.Rzayev saxlanılıb.

Azvision.az


Teqlər: DİN   Oğurluq  





Xəbər lenti