Bərdədə təcili yardım maşını qəzaya düşüb

Bərdədə təcili yardım maşını qəzaya düşüb
  16 Sentyabr 2019    Oxunub:1940
Səhiyyə Nazirliyi Bərdədə təcili yardım avtomobilinin qəzaya uğraması ilə bağlı məlumat yayıb.
Nazirliyin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, rayonun Qaradəmirçi kəndində çağırışa gedən təcili tibbi ardım avtomobili qəzaya uğrayıb. Baş vermiş qəza ilə əlaqədar Bərdə Rayon Mərkəzi Xəstəxanasına müraciət edən olmayıb.

Xatırladaq ki, hadisə nəticəsində 2 nəfərin xəsarətlə xəstəxanaya yerləşdirilməsi barədə məlumat yayılmışdı.

Azvision.az


Teqlər: Səhiyyə   Bərdə   Təciliyardım  





Xəbər lenti