10 min nəfərədək şəxsi heyət, 100-dən çox tank təlimdə - VİDEO+FOTOLAR

  10 min nəfərədək şəxsi heyət, 100-dən çox tank təlimdə -    VİDEO+FOTOLAR
  16 Sentyabr 2019    Oxunub:3460
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin təsdiq etdiyi plana əsasən sentyabrın 16-dan Müdafiə nazirinin rəhbərliyi altında Azərbaycan Ordusunun müxtəlif qoşun növləri, qismləri, hərbi birlik və birləşmələrinin iştirakı ilə genişmiqyaslı əməliyyat-taktiki təlimləri başlayıb.
Müdafiə Nazirliyindən Azvision.az -a verilən məlumata görə, sentyabrın 20-dək davam edəcək təlimlərə 10.000 nəfərədək şəxsi heyət, 100-dən çox tank və digər zirehli texnika, 120 müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatanlar, 20-dək ordu və cəbhə aviasiyası və müxtəlif təyinatlı pilotsuz uçuş aparatları cəlb olunub.















Azvision.az


Teqlər: Ordu   Təlim  





Xəbər lenti