Fuat Oktay Fəxri və Şəhidlər xiyabanını ziyarət edib

Fuat Oktay Fəxri və Şəhidlər xiyabanını ziyarət edib
  16 Sentyabr 2019    Oxunub:1619
Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktay sentyabrın 16-da Şəhidlər xiyabanını ziyarət edib.
Azvision.az xəbər verir ki, Fuat Oktay Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarlarını ziyarət edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən Türkiyənin Vitse-prezidentinə Şəhidlər xiyabanının tarixi və şəhərdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.

Sonra Türkiyənin Vitse-prezidenti Şəhidlər xiyabanında şəhid türk əsgərlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət edərək önünə əklil qoyub, şəhidlik kitabəsinin üstünə gül dəstələri düzüb.

Vitse-prezident Fuat Oktay xatirə kitabına ürək sözlərini yazıb.

Azvision.az


Teqlər: Türkiyə  





Xəbər lenti