Neftin qiyməti bahalaşıb

  16 Sentyabr 2019    Oxunub : 759
Neftin qiyməti bahalaşıb
Dünya birjalarında neftin qiyməti kəskin bahalaşıb.
Azvision.az xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 6,35 dollar artaraq 66,57 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 5,16 dollar bahalaşaraq 60,01 dollar təşkil edib.

Azvision.az

Teqlər: Neft