Gürcü nazir Bakıya danışıqlara gəlir

   Gürcü nazir Bakıya danışıqlara gəlir
  16 Sentyabr 2019    Oxunub:1603
Bu gün Gürcüstanın İqtisadiyyat və davamlı inkişaf naziri Natia Turnava Azərbaycana rəsmi səfər edəcək.

Azvision.az xəbər verir ki, səfərin məqsədi Azərbaycanla Gürcüstan arasında iqtisadi münasibətlərin, əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsinə dair fikir mübadiləsi aparmaqdır.
Səfər çərçivəsində Azərbaycan-Gürcüstan hökumətlərarası komissiyasının növbəti iclasının keçirilməsi müzakirə ediləcək. Bundan əlavə, Gürcüstan nümayəndə heyətinin Bakıda bir sıra görüşlər keçirəcəyi nəzərdə tutulub.

Qeyd edək ki, səfər iki gün davam edəcək.

Azvision.az



Teqlər: Gürcüstan   Görüş   Nazir  





Xəbər lenti