BNA yollardakı sıxlıqla bağlı sakinlərə müraciət edib

BNA yollardakı sıxlıqla bağlı sakinlərə müraciət edib
  16 Sentyabr 2019    Oxunub:1176
Bakı Nəqliyyat Agentliyi (BNA) yeni tədris ilinin başlanması ilə əlaqədar əhaliyə müraciət edib.
Agentlikdən Azvision.az -a verilən məlumata görə, müraciətdə bildirilir ki, yeni dərs ilinin ilk günü ilə bağlı paytaxt Bakıda küçə və prospektlərdə, təhsil müəssisələrinin qarşısında sıxlıq yarana bilər: "Sıxlığın qarşısını almaq üçün ictimai nəqliyyatdan istifadə edək".

Qeyd edək ki, bu gün Azərbaycanda 2019-2020-ci tədris ilinin ilk dərs günüdür. 2019-2020-ci tədris ilinin əvvəlinə olan proqnoz göstəricilərinə əsasən, yeni tədris ilində respublikanın ümumi təhsil müəssisələrində ümumilikdə 1 525 016 şagird təhsil alacaq.

Azvision.az


Teqlər: BNA  





Xəbər lenti