Türkiyənin Vitse-prezidenti Bakıya gəldi - FOTO

   Türkiyənin Vitse-prezidenti Bakıya gəldi -    FOTO
  15 Sentyabr 2019    Oxunub:3231
Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktay sentyabrın 15-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

Azvision.az xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Hərbi orkestr Azərbaycan və Türkiyənin dövlət himnlərini səsləndirib.



Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktayı Azərbaycan Respublikası Baş Nazirinin müavini Əli Həsənov, xarici işlər nazirinin müavini Ramiz Həsənov və digər rəsmi şəxslər qarşılayıblar.

Azvision.az



Teqlər: Türkiyə  





Xəbər lenti