Məmmədyarov Avropaya səfərə yola düşüb

Məmmədyarov Avropaya səfərə yola düşüb
  15 Sentyabr 2019    Oxunub:2542
Xarici İşlər naziri Elmar Məmmədyarov Müqəddəs Taxt-Taca rəsmi səfərə, ardınca İtaliya Respublikası və Macarıstana işgüzar səfərə yola düşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, səfərlər çərçivəsində E. Məmmədyarovun qarşı tərəfin rəsmiləri ilə ikitərəfli görüşlərinin keçirilməsi, həmçinin Budapeştdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) xarici işlər nazirlərinin görüşündə və TDƏŞ Nümayəndəliyi Ofisinin açılışında iştirakı nəzərdə tutulur.

Azvision.az



Teqlər: XİN   Məmmədyarov   Səfər  





Xəbər lenti