Növbəti komanda-qərargah təlimi keçirilib - VİDEO

   Növbəti komanda-qərargah təlimi keçirilib -    VİDEO
  15 Sentyabr 2019    Oxunub:2259
Naxçıvan Qarnizonu qoşunlarında ikitərəfli üçpilləli komanda-qərargah təlimi keçirilib.
Azvision.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, təlimin birinci mərhələsində qoşunların müxtəlif döyüşə hazırolma dərəcələrinə gətirilməsi üçün birləşmə və hissələr “Təlim-döyüş həyəcan” siqnalı ilə qaldırılaraq təlim rayonlarına çıxarılıb.



Təlimin döyüş atışlı mərhələsində ən müasir rabitə və idarəetmə vasitələri ilə təchiz edilmiş bölmələr döyüş atışlarını yerinə yetiriblər. Təlim rayonlarında hava hücumundan müdafiə və raket-artilleriya bölmələrinin təyin edilmiş hədəfləri məhv etmələri topçu və zenitçilərin peşəkarlığını bir daha nümayiş etdirib.

Komanda-qərargah təliminin üçüncü mərhələsində qəbul edilmiş qərarlar kompüterlər üzərində xüsusi proqram vasitəsilə icra edilib.

Yekunda bildirilib ki, keçirilən komanda-qərargah təlimində qarşıya qoyulmuş tapşırıqlar tam həcmdə yerinə yetirilib, komandir və qərargahların döyüşü idarəetmə vərdişlərinin daha da təkmilləşdirilməsi istiqamətində böyük təcrübə qazanılıb.

Azvision.az



Teqlər: Naxçıvan   Təlim  





Xəbər lenti