“Prezident dərhal göstərişlər verdi, vəsait ayrıldı” - FOTO

   “Prezident dərhal göstərişlər verdi, vəsait ayrıldı” -    FOTO
  15 Sentyabr 2019    Oxunub:3462
Sentyabrın 14-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Şamaxı rayonunun Muğanlı kənd sakini Zamiq Səfərova məxsus, zəlzələ nəticəsində qəzalı vəziyyətə düşmüş evin yerində inşa olunan evə baxıb.
Mehriban Əliyeva: Xoş gördük, sizi salamlamağa çox şadam. Bu balacalar sizin nəvələrinizdir? Nə gözəl qızlardır.

Zamiq Səfərovun xanımı: Xoş gəlmisiniz. Allah Sizə cansağlığı versin.

Mehriban Əliyeva: Fevralın 5-də zəlzələ oldu, 7-də Şamaxıya Prezident gəldi və vəziyyətlə tanış oldu. Dərhal göstərişlər verdi, maliyyə vəsaiti ayrıldı. Mən çox şadam ki, yararsız, yəni, qəzalı binaların demək olar, yarısı artıq yenidən tikilərək istifadəyə verilib.

Səfərovlar ailəsi ən çətin anlarda onların yanında olmalarına və zəlzələnin törətdiyi fəsadların aradan qaldırılması üçün göstərdikləri köməyə görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkürlərini bildirdi.

Sonda xatirə şəkli çəkdirildi.





Azvision.az



Teqlər: Mehriban-Əliyeva   Şamaxı  





Xəbər lenti