Polis aztəminatlı ailələri sevindirdi

Polis aztəminatlı ailələri sevindirdi
  15 Sentyabr 2019    Oxunub:1685
Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində yaşayan aztəminatlı ailələrə baş çəkib, onların bu il məktəbə gedəcək övladlarını sevindirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan Azvision.az -a verilən məlumata görə, yeni dərs ilinin başlaması ilə əlaqədar lazımi məktəbli ləvazimatları uşaqlara hədiyyə edilib. Polis əməkdaşları uşaqlara yeni tədris ilində uğurlar arzulayıblar. Ağsu Rayon Polis Şöbəsinin belə bir xeyirxah əməli, həmçinin övladlarının sevincinə şərik olan valideynləri də sevindirib.

Valideynlər göstərilən diqqət və qayğıya görə Daxili İşlər Nazirliyinin və Ağsu Rayon Polis Şöbəsinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Azvision.az



Teqlər: DİN   Ağsu   Polis  





Xəbər lenti