Məktəblərin yerləşdiyi ərazilərdə təhlükəsizlik tədbirləri görülüb

Məktəblərin yerləşdiyi ərazilərdə təhlükəsizlik tədbirləri görülüb
  14 Sentyabr 2019    Oxunub:1410
Qusar, Siyəzən və Şabran Rayon Polis şöbələrinin Dövlət Yol Polisi bölmələrinin və Baş Dövlət Yol Polisi İdarəsinin “Siqnal” İdarəsinin əməkdaşları yeni dərs ilinin başlaması ilə əlaqədar rayon ərazisində hərəkətin sıx olduğu küçə və prospektlərdə, eləcə də təhsil ocaqlarının yerləşdiyi ərazilərdə bir sıra təhlükəsizlik tədbirləri görüblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan Azvision.az -a verilən məlumata görə, azyaşlıların iştirakı ilə baş verə biləcək xoşagəlməz hadisələrinin qarşısının alınması istiqamətindən görülən tədbirlər zamanı yollarda quraşdırılmış köhnə və yararsız vəziyyətdə olan yol nişanları yeniləri ilə əvəzlənib, rəngi solmuş piyada keçidləri isə yenidən rənglənib. Bundan əlavə nəqliyyat axınının intensiv olduğu bir neçə küçələrdə yeni piyada zolaqları da salınıb.

Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən təhsil müəssisələrində uşaqlarla yollarda təhlükəsiz davranış vərdişlərinin aşılanması məqsədilə açıq dərslərin keçirilməsi də nəzərdə tutulub.

Azvision.az



Teqlər:





Xəbər lenti