Məktəblərin ətrafında piyada keçidləri yenilənir

Məktəblərin ətrafında piyada keçidləri yenilənir
  14 Sentyabr 2019    Oxunub:2196
Orta məktəblərin ətraflarında şagirdlərin və digər piyadaların təhlükəsizliyinin təmin edilməsi üçün mövcud piyada keçidlərinin yenilənməsi işləri davam etdirilir.
Bakı Nəqliyyat Agentliyindən Azvision.az -a verilən məlumata görə, son iki həftə ərzində 30-dan artıq məktəb binasının ətrafında “piyada keçidi” üfuqi yol nişanlanma xətti bərpa edilib.

Ümumilikdə ayın sonunadək 100-dən çox məktəbin ətrafında müvafiq işlərin görülməsi, çatışmayan yol nişanlarının quraşdırılması nəzərdə tutulub.

Azvision.az



Teqlər: BNA   Keçid  





Xəbər lenti