Komissiya dövlət orqanının qərarını ləğv etdi

Komissiya dövlət orqanının qərarını ləğv etdi
  14 Sentyabr 2019    Oxunub:2179
Ötən ay Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyasının test mərkəzində Naxçıvan Muxtar Respublikasının dövlət ümumi təhsil müəssisələrinə işə qəbul üçün 599 nəfərin iştirakı ilə test imtahanları keçirilib.
Azvision.az Komissiyaya istinadən xəbər verir ki, müəllimlərin dövlət musiqi təhsili müəssisələrinə işə qəbulu üçün elan edilən müsabiqənin sənəd qəbulu aparılıb, vakant vəzifələrin tutulması üçün 82 nəfər sənəd təqdim edib.

Həmçinin Naxçıvan Muxtar Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində vakant vəzifələrin tutulması üçün sənəd qəbulu həyata keçirilib, müsabiqədə iştirak etmək üçün 78 nəfər qeydiyyatdan keçib.

Dövlət orqanlarında vakant sektor müdiri, baş məsləhətçi və böyük məsləhətçi vəzifələrinin tutulması üçün 3 nəfərin müsahibəsində komissiya nümayəndəsinin iştirakı təmin edilib. Komissiya avqust ayında 1 dövlət orqanının qanunvericiliyə uyğun olmayan 1 qərarını ləğv edib.

Avqust ayında komissiya tərəfindən dövlət qulluğu üçün təşkil edilən hazırlıq kurslarında 58, sınaq imtahanlarında 30 nəfər iştirak edib.

Azvision.az



Teqlər: Naxçıvan   Komissiya  





Xəbər lenti