Ötən gün nələr oldu? - XRONİKA

 Ötən gün nələr oldu? -  XRONİKA
  14 Sentyabr 2019    Oxunub:3394
Ötən gün Azərbaycanda və dünyada bir çox hadisələr baş verib. Hansı xəbərlər oxucular arasında geniş müzakirələrə səbəb olub? Sentyabrın 13-ü hansı xəbərlərlə yadda qalıb?
Azvision.az ötən günün ən maraqlı xəbərlərinin xronikasını oxuculara təqdim edir:

Sosial şəbəkələrdə pilot Rəşad Atakişiyevin həyat yoldaşı Könül Hüseynovanın adından saxta profil açılıb.

Pilotun xanımının adına saxta profil açılıb: “Kimdirsə, pul toplayır”

***



Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin təsdiq etdiyi plana əsasən sentyabrın 16-dən 20-dək Müdafiə nazirinin rəhbərliyi altında Azərbaycan Ordusunun müxtəlif qoşun növləri, qismləri, hərbi birlik və birləşmələrinin cəlb edilməsi ilə genişmiqyaslı əməliyyat-taktiki təlimləri keçiriləcək.

Azərbaycan Ordusu genişmiqyaslı təlimlər keçirəcək

***

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən imzalanmış sərəncama əsasən, 2019/2020-ci tədris ilində tələbə qəbulu imtahanlarında I ixtisas qrupu üzrə ən yüksək nəticələr göstərmiş və Bakı Ali Neft Məktəbinə (BANM) daxil olmuş 23 Prezident təqaüdçüsündən biri də Rəşad Azadlıdır.

Prezident təqaüdü alacaq tələbə: “Yaxşı oxumaq yetərli deyil”

***

Azərbaycanın Xarici İşlər Nazirliyi Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı yeni bəyanat yayıb.

XİN: “Danışıqlar prosesini tərk edən tərəf mütləq uduzacaq”

***

Ukrayna prezidenti Vladimir Zelenski Qərb ölkələrini Rusiyaya qarşı sanksiya siyasətini davam etdirməyə çağırıb.

Zelenski Rusiyaya qarşı yeni sanksiyalar tələb etdi

***

Özünü Milli Şura adlandıran müxalif təşkilat ətrafında qalmaqallar getdikcə qızışır. Əvvəlcə Müsavat və ReAl partiyalarına qarşı virtual müharibə elan edən radikallar bu dəfə jurnalist Əvəz Zeynallını hədəfə alıblar. Buna səbəb jurnalistin Fərman Dəmirqoldan müsahibə alması olub.

Əvəz Zeynallı Cəmil Həsənlini biabır etdi: “Özlərini dəli kimi aparırlar”

***

Yeni tədris ilinin başlaması ilə əlaqədar sentyabrın 15-dən etibarən Bakı-Sumqayıt, Bakı-Xırdalan istiqamətində hərəkət edən marşrut xətlərində avtobusların sayı artırılacaq.

Bakı-Sumqayıt avtobuslarının sayı artırılır

***


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 13-də Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib.

Prezdent Bakı Dövlət Peşə Təhsil Mərkəzinin açılışında

***

“Qondarma, cinayətkar, xunta rejimi hazırda Azərbaycanın işğal edilmiş ərazilərində erməni icmasını əsarət altında saxlayaraq və azərbaycanlıların ora geri dönməsini əngəlləmək məqsədiylə öz işğal nəticələrini “legitimləşdirmək” üçün müxtəlif təxribatlara əl atır”.

Qarabağa qanunsuz gedənlərə çağırış: “Bu, təxribatdır”

***

Yeddi yüz yaşı olan İngiltərə parlamenti dünyanın ən qədim qanunverici orqanlarından biridir və tarixi XIII əsrə - “Maqna Karta”ya gedib çıxır. Britaniya parlamentinin bir sıra adət-ənənələrinin kökləri də ora bağlı olduğundan, bu gün bizə çox qəribə gəlir. Belə ki, onlar artıq öz praktik əhəmiyyətini itirsələr də, bir ayin kimi qalırlar və monarxiyanın öz keçmişinə hörmət və ehtiramının təcəssümüdür.

“Adətimiz belədir”: İngilis siyasətinin məzəli mühafizəkarlığı

***

Azərbaycanın Xarici İşlər Nazirliyi Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı yeni bəyanat yayıb. Bəyanatda Ermənistanın təcavüzkar siyasətinin davam etməsi və hərbi işğala əsaslanan mövcud status-quo vəziyyətinin möhkəmlənməsinə yönəlik addımları, o cümlədən, bu ölkə rəhbərliyinin son dövrdə səsləndirdiyi anneksionist fikirlər daxili auditoriyaya yönəlmiş olsalar belə, bölgədə vəziyyətin kəskinləşməsinə xidmət etdiyi vurğulanır.

Paşinyan artıq dərk etməlidir ki... - XİN-in bəyanatındakı əsas tezislər

***

Bakının küçə və prospektlərində piyadaların hərəkətinə nəzarət edən post-patrul xidməti əməkdaşlarının fəaliyyəti dayandırılıb.

Piyadalara nəzarət edən PPX əməkdaşlarının fəaliyyəti dayandırıldı

***

Amerikanın “CNN” telekanalının verdiyi məlumata görə, 2017-ci ildə ABŞ kəşfiyyatı Rusiya hökumətində çalışan casusunu bu ölkədən gizli şəkildə qaçırmağa nail olub. Məlumata əsasən, casusun qaçırılması barədə qərar ABŞ prezidenti Donald Trampın 2017-ci ildə Ağ Evdə Rusiyanın xarici işlər naziri Sergey Lavrov və rusiyalı səfir Sergey Kislyak ilə görüşündən sonra verilib.

Yeni casus qalmaqalı: Rusiya hökumətindəki ABŞ agenti kim imiş? - TƏHLİL

***

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva sentyabrın 13-də Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində yeni yaradılan istirahət parkı ilə tanış olub.

Mehriban Əliyeva yeni yaradılan istirahət parkında - FOTOLAR




Tovuz rayon sakini Firudin Ələkbərlinin qəsdən öldürülməsi faktı ilə bağlı başlanmış cinayət işi üzrə istintaqın davam etdirilməsi Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinə tapşırılıb.

Baş Prokurorluq: Firudin Ələkbərlinin qətli obyektiv araşdırılır

***

Maliyyə Nazirliyi tərəfindən “Azərbaycan Respublikasının 2020-ci ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair açıqlama” hazırlanıb.

2020-ci il büdcəsinin ilkin göstəriciləri açıqlandı - Proqnoz

Hazırladı: Elvin Abdulqədirov
Azvision.az


Teqlər: Xronika  





Xəbər lenti