İnsan hüquqları komitəsinin iclası keçirilib

İnsan hüquqları komitəsinin iclası keçirilib
  13 Sentyabr 2019    Oxunub:1898
Azərbaycan Milli Məclisinin İnsan hüquqları komitəsinin iclası keçirilib.
Azvision.az -ın xəbərinə görə, iclasın gündəliyinə 3 məsələ daxil edilib.

Əvvəlcə Milli Məclisin yaz və növbədənkənar sessiyaları dövründə komitədə görülən işlərlə bağlı hesabat verilib. İclasda İnsan hüquqları komitəsinin 2019-cu il payız sessiyası dövrünə dair iş planı təsqidlənib.

Deputatlar bir paketdə daxil olan “Məişət zorakılığının qarşısının alınması haqqında”, “Sosial xidmət haqqında”, ”Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında”, “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında”, “Peşə təhsili haqqında” qanunlarına dəyişiklik layihəsini müzakirə ediblər. Bildirilib ki, dəyişiklik texniki xarakterlidir, qanunlarda “psixi” sözü “psixoloji” sözü ilə əvəz olunur.

Müzakirələrdən sonra dəyişiklik layihəsi parlamentin plenar iclasına tövsiyə edilib.

Azvision.az



Teqlər: MM   Komitə  





Xəbər lenti