Pirallahıda ağır qəza: 1 ölü, 3 yaralı

   Pirallahıda ağır qəza:    1 ölü, 3 yaralı
  13 Sentyabr 2019    Oxunub:4062
Bakıda yol qəzası baş verib.
Səhiyyə Nazirliyindən Azvision.az -a verilən məlumata görə, hadisə Pirallahı rayonunda Pirallahı qəsəbəsinin girişində qeydə alınıb.

Yük avtomobili ilə minik maşınının toqquşması nəticəsində bir nəfər aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib, üç nəfər isə ilkin tibbi yardım göstərilib. Onlardan birinin vəziyyəti ağır olduğundan 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Azvision.az


Teqlər: Qəza   Pirallahı  





Xəbər lenti