Əvəz Zeynallı Cəmil Həsənlini biabır etdi: “Özlərini dəli kimi aparırlar”

Əvəz Zeynallı Cəmil Həsənlini biabır etdi:  “Özlərini dəli kimi aparırlar”
  13 Sentyabr 2019    Oxunub:14240
Özünü Milli Şura adlandıran müxalif təşkilat ətrafında qalmaqallar getdikcə qızışır. Əvvəlcə Müsavat və ReAl partiyalarına qarşı virtual müharibə elan edən radikallar bu dəfə jurnalist Əvəz Zeynallını hədəfə alıblar. Buna səbəb jurnalistin Fərman Dəmirqoldan müsahibə alması olub.
MŞ sədri Cəmil Həsənli Əvəz Zeynallı barədə yazdığı statusda deyir: “Jurnalist Əvəz Zeynallının Fərman Demirqolla müsahibələrinə baxdım. Çox detallara varmadan Əvəz Zeynallının Fərman Demirqolla müsahibəsinin iki mühüm məqsədini qeyd etmək olar: birincisi, mühüm hadisələr ərəfəsində müxalifəti aşağılamaq, xüsusi ilə xalq cəbhəsi və Əli Kərimlini hədəfə almaq. İndi isə Fərman Demirqolun ifasında və Əvəz Zeynallının aranjımanında Elçibəyin olmayan məktubunu müzakirəyə çıxarıb xalq cəbhəsini 25 il bundan öncənin darbesinə "ortaq" etmək”.



Məlum postdan sonra “cəbhəçilər” Əvəz Zeynallını Fərman Dəmirqoldan müsahibə aldığına görə az qala “vətən xaini” çıxarıblar. Sual ediblər ki, belə müsahibələrdə onun marağı nədir? Hətta jurnalisti rekert, ikiüzlü olmaqda, hökumətə işləməkdə ittiham ediblər.

Bundan sonra Əvəz Zeynallı cavab statusu yazaraq Cəmil Həsənlinin obyektivlik hissini itirdiyini söyləyib:

“İnsan obyektivlik hissini itirəndə ölür - hər zaman bu cür düşünmüşəm...Bir neçə gün əvvəl Cəmil Həsənlinin dəstəsinə aid olan və Amerikada fəaliyyət göstərən bir kanalda da bu haqda danışmışdılar. Elçibəyin "elə edin ki, gözüm bu adamı görməsin" dediyi bir adam nəfəsi tıncıxa-tıncıxa mənim hansı pullarla İstanbula gəldiyimdən danışırdı. Fikir vermədim. Bir cümlə cavabla kifayətləndim. Amma Cəmil Həsənlinin dolayısı yolla bu cəfəngiyyatı təkrar etməyi mənim üçün ona görə cavaba layıqdır ki, deməli, tezis ya Cəmil Həsənlinindir, ya da Cəmil bəy deyilənlərə şərikdir. Olsun, bu da Cəmil müəllimin haqqıdır. Amma və lakin Cəmil Həsənli mənim haqqımda belə fikir yaratmağa haqlı deyil”.



Jurnalist vurğulayıb ki, MŞ və AXCP-dəkilər özlərini dəli kimi aparır, hamını düşmən etməklə məşğuldurlar: “Anlamıram, onsuz da bu adamlar dəli kimi hərəkət edirlər, mənə çatmır, niyə hamını özlərinə düşmən etmək üçün dəlicəsinə çalışırlar ki. Etsinlər, can onların, cənnət Tanrının, amma mən belə şeylərdən qorxmuram axı. Mənim bütün ömrüm savaşlarda keçib və bu, indi də davam edir, bunu bilməlidirlər”.



Ə.Zeyanllı, həmçinin cəbhəçiləri Azərbaycan üçün təhlükəli hesab etdiyini etiraf edib: “Allah göstərməsin, sizmi hakimiyyətə gəlib demokratik cəmiyyət quracaqsınız?! İnanmıram, belə hərəkətlərinizdən sonra sizi Azərbaycan üçün təhlükəli görürəm. Hər şey bir tərəfə, Cəmil Həsənlinin məni hədəf göstərib səhifəsində söydürməsini tam ona yaraşdırdım. Bir neçəsini də tanıdım. Allah qollarına qüvvət versin. Kim mənə nə deyir, nə yazırsa, iki mislini özünə qaytarıram, kim mənə nə arzulayırsa, elə onun da iki misli özünə qismət olsun. Cəmil Həsənli isə narahat olmasın, Bakıya qayıdan kimi onu "Qaynar Qazan"a dəvət edəcəyəm. Bir neçə dəfə etmişəm, gəlməyib, bu dəfə də edəcəyəm. Ona çoxlu suallarım var.

Elvin Abdulqədirov
Azvision.az


Teqlər:   Cəmil-Həsənli   Əvəz-Zeynallı  





Xəbər lenti