Azad Rəhimov xüsusi mükafata layiq görülüb

Azad Rəhimov xüsusi mükafata layiq görülüb
  13 Sentyabr 2019    Oxunub:2177
Budapeşt şəhərində 25-ci Avropa Ədalətli Oyunlar konqresi keçirilir.
Azvision.az xəbər verir ki, təşkilatın yaradılmasının Beynəlxalq Ədalətli oyunlar təşkilatının 25 illiyinə həsr olunan tədbirdə Azərbaycan tərəfindən Gənclər və idman naziri Azad Rəhimov, Azərbaycan Ədalətli Oyunlar Komissiyasının (AzƏOK) sədri Xəzər Isayev, Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev və digərləri iştirak ediblər.

Budapeşt City Hallda baş tutan tədbirdə ilk olaraq qonaqları Beynəlxalq Ədalətli Oyunlar Komitəsinin (BƏOK) prezidenti Jeno Kamuti tədbir iştirakçılarını salamlayıb, qurumun fəaliyyəti və təqdim olunacaq Fair Play mükafatları barədə məlumat verib.

Budapeşt şəhər Bələdiyyəsi sədrinin müavini Aleksandra Şalay-Bobrovinski, Dövlət katibinin müavini Petr Sarfalvi də tədbir iştirakçılarına salamlarını çatdırıb, ölkələrinin idmana və ədalət prinsiplərinə daim önəm verdiklərini bildiriblər.

Musiqi proqramı ilə davam edən tədbirin gedişində ədalətli oyun prinsipləri mövzusunda film nümayiş olunub.

Daha sonra mükafatlar sahiblərinə təqdim olunub. Azərbaycan Respublikasının gənclər və idman naziri Azad Rəhimov Beynəlxalq Ədalətli Oyunlar Komitəsinin prezidenti Jeno Kamuti tərəfindən "2018 Dünya Ədalətli oyunlar mükafatı" nın "Ədalətli oyun ruhunda keçən idman karyerası və həyat" kateqoriyasında mükafatlandırılıb.

Öz növbəsində nazir Azad Rəhimov Azərbaycanda idmanın uğurla inkişafı, dövlət başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev tərəfindən idmana daim xüsusi qayğı göstərildiyini bildirib, mükafat üçün təşəkkür edib. Sonda bütün mukafat sahibləri xatirə şəkli çəkdiriblər.

Azvision.az


Teqlər: Azad-Rəhimov  





Xəbər lenti