4 rayonda qaz yoxdur

4 rayonda qaz yoxdur
  13 Sentyabr 2019    Oxunub:1549
Bu gün saat 09:00-dan Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Qaz İxrac İdarəsinin balansında olan yeni çəkilmiş yüksək təzyiqli qaz xəttinin mənbəyə birləşdirilməsi işləri ilə əlaqədar Ucar və Zərdab rayonlarının bir neçə yaşayış məntəqəsində qaz təchizatı dayandırılıb.
SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyindən Azvision.az -a verilən məlumata görə, orta təzyiqli yeraltı qaz xətti üzərində qaz tənzimləyicisinin quraşdırılması ilə bağlı Cəlilabad rayonunun bir hissəsində və aşkar olunmuş qaz sızmalarının ləğvi ilə bağlı Lənkəran rayonunun bir hissəsində qazın verilişinə fasilələr tətbiq edilib.

Bundan başqa Biləsuvar şəhərinin Mirzə İbrahimov küçəsində diametri 57 mm olan qaz xəttini minik avtomobili ilə vuraraq qırıblar. Məlumata göprə, hadisə yerinə yol polisi əməkdaşları gəlib, baş verənləri sənədləşdirib. Qəza zamanı 25 qeyri-əhali qrupuna daxil olan abunəçinin (çörək, qənnadi istehsalı ilə məşğul olan müəssisələr və başqaları) qaz təchizatı dayandırılıb.

Azvision.az



Teqlər: SOCAR  





Xəbər lenti