ABŞ Azərbaycana 10 milyonluq kəşfiyyat avadanlığı satır

  12 Sentyabr 2019    Oxunub : 1885
ABŞ Azərbaycana 10 milyonluq kəşfiyyat avadanlığı satır
ABŞ Azərbaycana 10 milyon dollar dəyərində kəşfiyyat avadanlığı satacaq. Bununla bağlı “VSE Corp” şirkəti ilə müqavilə imzalanıb. Avadanlıqların tədarükü ABŞ-ın xarici hərbi satış proqramı çərçivəsində reallaşacaq.
Azvision.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, ABŞ Azərbaycana 10,1 milyon dollar dəyərində kəşfiyyat və antiterror texnikası satmağa hazırlaşır.

“Virciniya əyalətində yerləşən “VSE Corp” şirkəti Xəzər dənizi ilə bağlı Azərbaycanın Dəniz Təhlükəsizliyi Proqramı çərçivəsində təlim, terrorla mübarizə və kəşfiyyat avadanlıqlarının tədarükü üçün 10,082,812 dollarlıq məbləğində müqaviləyə imza atıb", - məlumatda qeyd edilib.

Müqaviləyə əsasən, Xəzər dənizində təlimlər keçiriləcək.

Şahanə Rəhimli
Azvision.az

Teqlər: ABŞ   Azərbaycan