Yeni metro stansiyası gələn il açılacaq

 Yeni metro stansiyası gələn il açılacaq
  12 Sentyabr 2019    Oxunub:2097
Şərti adı “B3” olan stansiyasının tikintisi ilə bağlı tamamlanma işləri aparılır.
Azvision.az xəbər verir ki, bunu “Bakı Metropoliteni”nin QSC-nin sədr müavini Hidayət Məmmədov deyib.

Qurum rəsmisi bildirib ki, stansiyanın istifadəyə veriləcəyi vaxt dəqiq məlum deyil: "Stansiyanın açılışı bu il gözlənilmir. İstər geoloji, istərsə də təbii səbəblərdən yaranan ləngimələr tikintidə yubanmalara səbəb olur. Hazırda tamamlanma işləri aparılır. Stansiyanın üst hissəsində yol hərəkəti zolaqlarında da tamamlanma işləri gedir. Əgər başqa təbii və geoloji problemlər yaranmazsa, gələn il stansiyanın açılışı gözlənilə bilər".

Azvision.az


Teqlər: Metro   Stansiya  





Xəbər lenti