Prezidentin köməkçisindən iqtidar-müxalifət görüşünə münasibət

  12 Sentyabr 2019    Oxunub : 995
Prezidentin köməkçisindən iqtidar-müxalifət görüşünə münasibət
Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri Əli Həsənov ötən gün Bakıda keçirilən iqtidar-müxalifət görüşünə münasibət bildirib.

Azvision.az-ın məlumatına görə, Ə.Həsənov belə tədbirlərin bütün dövrlərdə aktual olduğunu deyib. Onun sözlərinə görə, siyasi partiyalar arasında baş tutan dialoq yüksək dəyərləndirilir:
“Biz həmrəyliyi, milli birliyi Azərbaycanın alternativsiz reallığı kimi dəyərləndiririk və bunun alterantivini də görmürük. Dialoqun əksi qarşıdurma, təşkilatların bir-birinə qarşı qanunların imkan verdiyi və ya qeyri-qanuni çərçivədə apardığı mübarizədir. Ona görə də dialoqu yüksək dəyərləndiririk. İstənilən halda Azərbaycan cəmiyyəti üçün dialoq həmişə aktualdır, vacibdir. Dünənki tədbirdə konkret mövzu ətrafında müzakirələr aparılırdı. Amma düşünürəm ki, bununla siyasi partiyalar, vətəndaş cəmiyyəti institutları, media təmsilçiləri öz fəaliyyətlərini məhdudlaşdırmayacaqlar. Gələcəkdə həm daxili, həm də xarici siyasətlə bağlı məsələləri müzakirə edəcəklər”.

Elvin Abdulqədirov
Azvision.az

Teqlər: Əli-Həsənov   Müxalifət   İqtidar   Diaqlo