Bakıda evdən 15 min manatlıq qızıl oğurlanıb

Bakıda evdən 15 min manatlıq qızıl oğurlanıb
  12 Sentyabr 2019    Oxunub:1745
Bakıda oğurluq hadisəsi baş verib.
Daxili İşlər Nazirliyininn (DİN) mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, oğurluq etdiyinə görə tutulmuş M.Bayramovun ətrafında Sabunçu RPİ 12-ci PŞ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun iyulun 23-də rayon ərazisindəki evlərin birindən 15000 manat dəyərində qızıl-zinət əşyaları, evin qarşısındakı “BMW” markalı avtomobildən isə 700 manat pul oğurladığı da müəyyən edilib.

Faktlarla bağlı cinayət işi açılıb.

Azvision.az



Teqlər: DİN   Oğurluq  





Xəbər lenti