Narkotik satışı ilə məşğul olan şəxs saxlanılıb
Əməliyyat tədbirlərinin davamı olaraq İ.Aslanovun yaşadığı evə baxış zamanı isə oradan əlavə 34 bükümdə satış üçün hazır qablaşdırılan 2,450 qram heroin və bir ədəd elektron tərəzi aşkar olunaraq götürülüb. Saxlanılan şəxs ifadəsində Novxanı qəsəbəsində narkotik vasitələri satışi ilə məşğul olduğunu etiraf edib.
Faktla bağlı İ.Aslanov barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, istintaq əməliyyat tədbirləri davam etdirilir.
Azvision.az