19 cinayətin üstü açılıb, 22 nəfər saxlanılıb

 19 cinayətin üstü açılıb, 22 nəfər saxlanılıb
  12 Sentyabr 2019    Oxunub:2208
2019-cu il sentyabr ayının 11-dən 12-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat açıqlanıb.
DİN-in Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində törədilmiş 19 cinayətin üstü “isti izlər”lə açılıb.

Əvvəlki dövrlərdən bağlı qalmış 7 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 18 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 10 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verillib.

Respublikanın avtomobil yollarında 3 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 9, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 22 nəfər saxlanılıb.

Azvision.az


Teqlər: DİN   Cinayət   Kriminal   Xronika  





Xəbər lenti