Baş Prokurorluq: “Yayılan məlumatlar həqiqətə uyğun deyil”
Bildirilib ki, 15 aprel 2015-ci il tarixdə Gəncə şəhər sakini Əli Əliyev qonşusu Sona Qəhrəmanini gecə saatlarında bıçaqla hədələyib həyətlərindən oğurlayaraq 3 gün ərzində saxlayıb dəfələrlə zorlamış, zor tətbiq etməklə seksual xarakterli zorakılıq hərəkətləri edərək mobil telefonla video çəkilişini aparıb. 18 aprel 2015-ci il tarixdə Sona Qəhrəmaninin qardaşı Yaqub Qəhrəmani və əmisi Əli Qəhrəmani Gəncə şəhəri ərazisində Əli Əliyevdən qisas almaq məqsədi ilə onu qətlə yetirib.
Gəncə Ağır Cinayətlər məhkəməsinin 26 fevral 2016-ci il tarixli hökmünə əsasən Y.Qəhramani 17 il 6 ay, Ə.Qəhrəmani isə 17 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunub.
Azvision.az
Teqlər: Başprokurorluq Gəncə