“Uşaq pulu verilmir” məntiqini qəbul etmirəm - Baş nazirin müavini

“Uşaq pulu verilmir” məntiqini qəbul etmirəm -  Baş nazirin müavini
  11 Sentyabr 2019    Oxunub:3111
“Azərbaycanda çoxlu sayda vətəndaşlar ünvanlı sosial yardım alırlar. Bundan faydalananların çoxu da çoxuşaqlı ailələrdir. Bu mənada "uşaq pulu verilmir" məntiqini qəbul etmək istəmirəm”.
Azvision.az -ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Baş nazirin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi Əli Əhmədov deyib. O bildirib ki, ünvanlı sosial yardım həm də çoxuşaqlı ailələr üçün nəzərdə tutulub:

"Çoxuşaqlı ailələr əksər hallarda həm də aztəminatlı ailələrdir. Beləliklə, "Azərbaycanda usaq pulu verilmir" fikrinin ortaya qoyulması düzgün olmazdı. Azərbaycan hökuməti çoxuşaqlı ailələri diqqətdən kənarda saxlamayıb. Əgər siz bunu uşaq pulu formasında ifadə etmək istəyirsinizsə, bu məsələ araşdırıla və müvafiq qərar qəbul edilə bilər".

Baş nazirin müavini qeyd edib ki, bu gün Azərbaycanda bütün aztəminatlı ailələrin dövlət tərəfindən güzəşt almaları mexanizmləri və formaları mövcuddur.

Elvin Abduləqdirov
Azvision.az



Teqlər: Əli-Əhmədov   YAP  





Xəbər lenti