Həbib UFC reytinqində ikinci oldu

Həbib UFC reytinqində ikinci oldu
  11 Sentyabr 2019    Oxunub:2442
Qarışıq döyüş növləri üzrə ən güclü idmançıların yeni reytinq siyahısı açıqlanıb.
Azvision.az xəbər verir ki, dağıstanlı döyüşçü Həbib Nurməhəmmədov siyahıda ikinci yerdə qərarlaşıb. Reytinq siyahısında birinci amerikalı Con Cons, üçüncü isə amerikalı Henri Sexudo olub.

Xatırladaq ki, sentyabrın 7-də Həbib Nurməhəmmədov boğucu fəndlə amerikalı Dastin Porye üzərində qələbə qazanıb və ikinci dəfə UFC çempionu titulunu qoruya bilib. Bu, indiyə qədər heç bir döyüşü uduzmayan 30 yaşlı dağıstanlı idmançının 28-ci qələbəsidir.

Azvision.az



Teqlər: UFC   Həbib   Reytinq  





Xəbər lenti