Şamaxı, Sumqayıt və Ağstafada qaz olmayacaq

Şamaxı, Sumqayıt və Ağstafada qaz olmayacaq
  11 Sentyabr 2019    Oxunub:1775
Bu gün saat 10:00-dan Şamaxı rayonunun mərkəzində və 1 qəsəbəsində, Sumqayıt şəhərinin Kimyaçılar və Kotec qəsəbələrində, Xəzər bağları yaşayış sahəsində və bir neçə məhəllədə, saat 14:30-dan isə Ağstafa rayonunun bir hissəsində qaz təchizatı dayandırılacaq.
Bu barədə Azvision.az -a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İctimai Birliyindən məlumat verilib.

Bildirilib ki, buna səbəb yeni çəkilmiş qaz kəmərlərinin mənbəyə birləşdirilməsi, aşkar olunmuş qaz sızmasının ləğvi, eləcə də qaz xətlərində təmir-sazlama işlərinin aparılmasıdır.

Azvision.az



Teqlər: Qaz  





Xəbər lenti