Sabirabadda ev yanıb, bir nəfər tüstüdən zəhərlənib

Sabirabadda ev yanıb, bir nəfər tüstüdən zəhərlənib
  11 Sentyabr 2019    Oxunub:1515
Sabirabad rayonunda ümumi sahəsi 100 kvadratmetr olan birmərtəbəli üçotaqlı evdə yanğın baş verib.
Azvision.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, hadisə nəticəsində ev əşyaları ilə birlikdə yanıb. Yanğın zamanı bir nəfər tüstüdən zəhərlənib. Bitişik talvar yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Azvision.az



Teqlər: FHN   Yanğın   Sabirabad  





Xəbər lenti