Həmsədrlər Qarabağdakı qondarma “seçki”ni dəstəkləyir? - ŞƏRH
ATƏT-in Minsk qrupu həmsədrləri sentyabrın 8-də Dağlıq Qarabağda “yerli seçkilər”in keçirilməsi ilə əlaqədar bəyanat yayıblar. Bəyanatı Azvision.az -a şərh edən "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu hesab edir ki, həmsədrlər məsələyə ədalətli yanaşmayıblar.
E.Şahinoğlu qeyd edib ki, həmsədrlər bu bəyanatlarında Azərbaycanı iki cümlə ilə sakitləşdirməyə çalışıblar: "Ancaq Dağlıq Qarabağ nə ATƏT-in Minsk qrupu ölkələri, nə də digər ölkələr tərəfindən müstəqil və suveren ölkə kimi tanınır. Bu “seçkilərin” nəticələrinə də Dağlıq Qarabağın hüquqi statusuna təsir edən amil kimi baxılmamalı, heç bir halda bu nəticələr Dağlıq Qarabağın yekun statusuna və münaqişənin davamlı və sülh yolu ilə həlli istiqamətinə yönəlmiş hazırkı danışıqların nəticələrinə xələl gətirməməlidir”. Yaxşı cümlələrdir, ancaq nə faydası. Gələn il separatçılar “prezident” seçkisi də keçirəcək və həmsədrlər bu bəyanatı olduğu kimi təkrarlayacaqlar, yeganə fərq “yerli seçkilər” ifadəsinin “prezident seçkisi” ifadəsiylə əvəzlənməsi olacaq. Münaqişənin həlli yerindən tərpənmədiyi kimi təkrarlanan bəyanatlarda da yeni heç nə yoxdur".
Elvin Abdulqədirov
Azvision.az
Teqlər: Qarabağ Həmsədrlər Bəyanat