İndiyə qədər 1579,5 litr qan tədarük olunub

İndiyə qədər 1579,5 litr qan tədarük olunub
  10 Sentyabr 2019    Oxunub:1185
Aşura günü ilə əlaqədar Səhiyyə Nazirliyi və Qafqaz Müsəlmanları İdarəsi tərəfindən irsi qan xəstəliklərindən əziyyət çəkənlərə yardım məqsədilə könüllü qanvermə aksiyaları keçirilir.
Nazirliyin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, saat 12:00 qədər respublikanın 25 şəhər və rayonu üzrə 33 xəstəxana və məscidlərdə keçirilən qanvermə aksiyalarında 3 510 nəfər könüllü olaraq qan verib. Həmin şəxslərdən 1579,5 litr qan tədarük olunub. Götürülmüş qanlar Mərkəzi Qan Bankına göndərilir.

Qan vermək üçün gələn insanların sayı durmadan artır.

Azvision.az



Teqlər:





Xəbər lenti