“Qan verməklə xəstələrə kömək edirik” - QMİ sədri

  10 Sentyabr 2019    Oxunub : 1077
 “Qan verməklə xəstələrə kömək edirik” - QMİ sədri
"Azərbaycanda Aşura günü ənənəsi hələ də yaşadılır. Bu gün zəncirvurma, başyarma, qançıxarma halları bəyənilmir. Buna görə qərara gəlindi ki, qanvermə aksiyası təşkil olunsun".
Azvision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədri (QMİ) Şeyxülislam Allahşükür Paşazadə deyib.

Şeyx bildirib ki, biz öz qanımızı verməklə xəstə insanlara kömək edirik. Onun sözləinə görə, bu, şəriətin və dinin istəyidir.

Şeyxülislam qeyd edib ki, hazırda Azərbaycanın bir çox məscidlərində qanvermə aksiyası davam edir: "Sevindirici haldır ki, Azərbaycandan sonra qonşu ölkə olan İran və Türkiyədə də bu ənənə vüsət alıb. Hesab edirəm ki, bu savab işdir".

Azvision.az

Teqlər: Şeyx   AllahşükürPaşazadə