“Aşura mərasimləri uşaqların psixologiyasına mənfi təsir edir” - Komitə rəsmisi

“Aşura mərasimləri uşaqların psixologiyasına mənfi təsir edir” -  Komitə rəsmisi
  10 Sentyabr 2019    Oxunub:3794
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Aşura günündə əzadarlıq mərasimlərinə azyaşlıların cəlb edilməsinə münasibət bildirib.

Azvision.az -ın məlumatına görə, komitənin Dinşünaslıq ekspertizası üzrə şöbəsinin müdiri Nahid Məmmədov “Real TV”yə müsahibəsində bildirib ki, təmsil etdiyi qurum azyaşlıların bu və ya digər şəkildə bu kimi məclislərdə təsir altına düşmələrinin tərəfdarı deyil:
“Aşura mərasimləri özünün ağırlığı, özünəməxsus təsirləri ilə seçilir. Uşaqların psixologiyasına mənfi təsir edəcəyini düşünərək onların sağlam böyüməsi üçün bu mərasimlərdə iştirakının tərəfdarı deyilik və bunu məsləhət görmürük. Burada valideynlərin də üzərinə böyük iş düşür. Bəzən valideynlər də uşaqların iştirakını təhrik edirlər. Adətən biz deyəndə ki, bu uşaqların psixologiyasına ziddir. Bunu başqa cürə başa düşürlər.

Hər bir valideyn öz inancına uyğun olaraq övladını tərbiyə etmək haqqına sahibdir. Lakin bu uşaqaları təhsildən yayındıraraq Aşura mərasimlərinə cəlb edilməsi onun təhsil almaq hüququnun pozulması demədkir. Bu il tətilə düşsə də, bundan əvvəl təhsil zamanına düşürdü”.

İlkin Nəcəfzadə
Azvision.az


Teqlər: Aşura   Əzadarlıq   Azyaşlı  





Xəbər lenti