Onlar da Prezident təqaüdü alacaqlar

  Onlar da Prezident təqaüdü alacaqlar
  10 Sentyabr 2019    Oxunub:3364
Prezident İlham Əliyev sentyabrın 9-da 2019/2020-ci tədris ilində tələbə qəbulu imtahanlarında ixtisas qrupları üzrə ən yüksək nəticələr göstərmiş və Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam imzalayıb.
Azvision.az xəbər verir ki, təltif olunanlar arasında Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəblərinin məzunları da var.

Prezidentin sərəncamı ilə Axundzadə Abdulla Elxan oğlu, Cəfərli Məleykə Malik qızı, İsmayılzadə Nicat Rafiq oğlu və Məmmədtağılı Murad Muxtar oğlu Prezident təqaüdünə layiq görülüblər.

Azvision.az



Teqlər: Prezident   Sərəncam   Naxçıvan  





Xəbər lenti