İlham Əliyev Giorgi Qaxariyanı təbrik edib

   İlham Əliyev Giorgi Qaxariyanı təbrik edib
  10 Sentyabr 2019    Oxunub:2957
Azərbaycan Prezidenti İlham Əliyev Giorgi Qaxariyanı Gürcüstanın Baş naziri vəzifəsinə seçilməsi münasibətilə təbrik edib.
Azvision.az xəbər verir ki, təbrik məktubunda deyilir:

"Hörmətli cənab Baş nazir,

Gürcüstanın Baş naziri vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Azərbaycan ilə Gürcüstanı tarixən təşəkkül tapmış dostluq və mehriban qonşuluq əlaqələri birləşdirir. İnanıram ki, bu xoş ənənələrə əsaslanan dövlətlərarası münasibətlərimiz və strateji tərəfdaşlığımız xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və möhkəmlənəcəkdir.

Sizə ən xoş arzularımı yetirir, dost Gürcüstan xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm".

Azvision.az



Teqlər: Prezident   İlham-Əliyev   Gürcüstan   Baş-nazir  





Xəbər lenti