Sabirabadda daha 2 nəfər qarayaraya yoluxub

 Sabirabadda daha 2 nəfər qarayaraya yoluxub
  09 Sentyabr 2019    Oxunub:2075
Sabirabad rayonunda 34 və 26 yaşlarında iki kişi rayon mərkəzi xəstəxanasına gətirilib.

Səhiyyə Nazirliyindən Azvision.az -a verilən məlumata görə, həkimlər onlara qarayara diaqnozu qoyublar. Bildirilib ki, hazırda xəstəxananın İnfeksion şöbəsində müalicə alan xəstələrin vəziyyəti orta-ağır kimi qiymətləndirilir.
Faktla bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumatlandırılıb, artıq araşdırmalara başlanılıb.

Azvision.az


Teqlər: AQTA   Səhiyyə   Qarayara  





Xəbər lenti