Paytaxtın iki küçəsində hərəkət məhdudlaşdırılır

Paytaxtın iki küçəsində hərəkət məhdudlaşdırılır
  08 Sentyabr 2019    Oxunub:1282
Sabah səhər saatlarından etibarən Xətai rayonu, “NZS” qəsəbəsində 2 km uzunluğa malik Süleyman Əhmədov və Oqtay Vəliyev küçələrində təmir işlərinin aparılmasına start veriləcək.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) Azvision.az -a verilən məlumata görə, təmir işləri ilə əlaqədar olaraq həmin küçələrdə hərəkət hissə-hissə qismən məhdudlaşdırılacaq.

Bu səbəbdən sürücülərdən sıxlığın yaranmaması üçün öncədən hərəkət istiqamətlərinə uyğun alternativ küçələrdən istifadə etmələri tövsiyə olunur.

Yarana biləcək müvəqqəti narahatlığa görə AAYDA vətəndaşlardan üzr istəyir.

Azvision.az


Teqlər: AAYDA   Yol   Təmir  





Xəbər lenti