Göygöldə bank işçisi mühafizəçi tərəfindən qətlə yetirilib

 Göygöldə bank işçisi mühafizəçi tərəfindən qətlə yetirilib
  08 Sentyabr 2019    Oxunub:3713
Göygöl rayonunda qətl hadisəsi olub.
Azvision.az -ın report-a istinadən məlumatına görə, rayonun Üçtəpə kəndində Günay adlı 35 yaşlı qadın yaşadığı evdə boğazı kəsilərək öldürülüb.

Onun meyiti Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Gəncə şəhər şöbəsinə aparılıb.

G.Cəlilli Beynəlxalq Bankın Gəncə şəhər filialının əməkdaşıdır. Qətli törədən 1991-ci il təvəllüdlü Orxan adlı şəxs də həmin bankda mühafizəçi işləyir. Qadının iki övladı qalıb. Həyat yoldaşının illər öncə rəhmətə getdiyi bildirilir. Qadın övladları və bibisi ilə birgə yaşayırmış.

Hadisənin dəqiq baş vermə səbəbləri Göygöl Rayon Prokurorluğu tərəfindən araşdırılır.

Azvision.az


Teqlər: Bank   Qətl   Göy-göl  





Xəbər lenti