DİM imtahan keçirir

DİM imtahan keçirir
  08 Sentyabr 2019    Oxunub:1672
Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) 2019-cu ildə keçirilmiş buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyən şagirdlər üçün əlavə imtahan keçirir.
Mərkəzdən Azvision.az -a verilən məlumata görə, imtahanlar bütün binalarda eyni vaxtda - saat 11:00-da başlayacaq.

Buraxılış imtahanları Bakı və Gəncə şəhərlərində təşkil olunacaq.

İmtahanlarda IX sinif buraxılış imtahanının I mərhələsi üzrə 668, II mərhələsi üzrə 443, XI sinif üzrə 120 şagirdin iştirakı gözlənilir. Bundan əlavə, Azərbaycan dilindən fərqli bölmə üzrə təhsil alan 58 şagird Azərbaycan dili imtahanı verəcək.

Azvision.az


Teqlər:





Xəbər lenti