Tbilisidən Bakıya gələn sərnişinlərə müraciət

Tbilisidən Bakıya gələn sərnişinlərə müraciət
  08 Sentyabr 2019    Oxunub:1872
Gürcüstan hava məkanının məhdudlaşdırılması ilə əlaqədar “J2-224” Tbilisi-Bakı aviareysinin cədvəlinə dəyişiklik edilib.
Azvision.az “Azərbaycan Hava Yolları” QSC-yə istinadən xəbər verir ki, sentyabrın 8-də aviareys dəyişdirilmiş cədvələ uyğun həyata keçiriləcək. Belə ki, Tbilisidən yoladüşmə 13:00-da, Bakıya eniş isə 14:10-da olacaq. Bakıdan Tbilisiyə olan “J2-223” saylı aviareysin cədvəli isə dəyişməyib. Bakıdan yoladüşmə 9:30-da, Tbilisidə eniş isə 10:40-da olacaq.

Azvision.az



Teqlər: AZAL   Tbilisi   Bakı   Sərnişin  





Xəbər lenti