Neftçalada dəhşətli qəza: Ölü sayı 4-ə çatdı - (Yenilənib)
***
(16:20)
Neftçala rayonunda ağır yol qəzası baş verib.
Azvision.az Report-a istinadən xəbər verir ki, hadisə bu gün günorta saatlarında Neftçala-Xolqaraqaşlı avtomobil yolunda qeydə alınıb. Belə ki, “Mercedes” və “Lexus” markalı avtomobillər toqquşub. Nəticədə 3 nəfər ölüb, 3 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralılar Neftçala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
***
Neftçala rayonunda ağır yol qəzasında ölənlərin kimliyi məlum olub. “Mercedes” markalı avtomobildə olan Neftçala şəhər sakinləri - 2017-ci il təvəllüdlü Ələkbərova Humay Elçin qızı, “Lexus”un sürücüsü Xankişiyev Xanlar Ayaz oğlu hadisə yerində ölüblər. Bakı şəhər sakini, 1962-ciil təvəllüdlü Səmədova Mərviyyə Qurban qızı isə xəstəxanada dünyasını dəyişib.
Azvision.az