40 dəqiqəyə azad edilən Lələtəpə 3 ildən sonra - FOTOREPORTAJ

  40 dəqiqəyə azad edilən Lələtəpə 3 ildən sonra -    FOTOREPORTAJ
  07 Sentyabr 2019    Oxunub:36749
“Hərbiyyə-101” hərbi vətənpərvərlik düşərgəsinin iştirakçıları Aprel döyüşləri zamanı işğaldan azad edilən Lələtəpəyə səfər ediblər.
Azvision.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, Birlik komandiri, general-mayor Mayis Bərxudarov, Milli Qəhrəman, polkovnik Şükür Həmidov, Əməkdar incəsənət xadimi, polkovnik Abdulla Qurbani və Qarabağ qaziləri də Lələtəpə səfərində iştirak ediblər.

General-mayor Mayis Bərxudarov və polkovnik Şükür Həmidov Aprel döyüşlərindən danışaraq Lələtəpənin düşmən işğalından azad edilməsi barədə düşərgə iştirakçılarına məlumat veriblər.

Daha sonra döyüş postundan düşmən mövqelərinə baxış keçirilib.

Qeyd edək ki, strateji əhəmiyyətli Lələtəpə yüksəkliyi 2016-cı ilin aprel döyüşlərində Azərbaycan Ordusu tərəfindən 40 dəqiqə ərzində düşməndən geri alınıb. Bununla da Ordumuz böyük üstünlük qazanıb.





























Anar Kəlbiyev
FOTO: Şahin Sərdarov

Azvision.az


Teqlər: Lələtəpə   Qarabağ  





Xəbər lenti